Bu gün "Qarabağ" və "Qəbələ" komandaları qarşılaşacaq

Bu gün "Qarabağ" və "Qəbələ" komandaları qarşılaşacaq Qalib komanda turnir cədvəlinin lideri olacaq
Futbol
29 Noyabr , 2016 08:43
Bu gün Qarabağ və Qəbələ komandaları qarşılaşacaq

Bakı. 29 noyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulacaq.

"Report"un məlumatına görə, turun son oyununda turnir cədvəlinin ilk pillələrini bölüşən "Qarabağ" və "Qəbələ" komandaları qarşılaşacaq.

Oyun "Azərsun Arena"da keçiriləcək. Matçda qalib gələn komanda turnir cədvəlinin lideri olacaq. Qarşılaşma bərabərliklə başa çatarsa, komandaların mövqeyi dəyişməyəcək. Hər iki komandanın aktivində 28 xal var.

Komandalar bu günə qədər 33 oyunda qüvvəsini sınayıb. Bu qarşılaşmaların 15-i "Qarabağ"ın, 8-i isə "Qəbələ"nin qələbəsi ilə başa çatıb. Qalan 10 oyunda isə bərabərlik qeydə alınıb. Son 6 oyunun hər birində qapılara ən azı 2 qol vurulub. "Qəbələ" son 6 matçda yalnız 1 qələbə qazanıb.

Azərbaycan Premyer Liqası, XIII tur

29 noyabr

19:00. "Qarabağ" - "Qəbələ"

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Coşqun Həsənov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Məlik Həsənov

Bakı. "Azersun Arena"

Qeyd edək ki, turun ilk oyun günündə "Kəpəz" Gəncədə "Neftçi"ni 2:0 hesabı ilə məğlub edib. AZAL - "Sumqayıt" və "Zirə" - "İnter" oyununda isə komandalar hərəyə bir qol vurub.

Son xəbərlər

Orphus sistemi