​Portuqaliyalı məşqçi Joze Mourinyo "Çelsi" ilə müqaviləsini uzadıb

​Portuqaliyalı məşqçi Joze Mourinyo "Çelsi" ilə müqaviləsini uzadıb O, klub ilə yeni dördillik saziş imzalayıb
Futbol
8 Avqust , 2015 00:45
​Portuqaliyalı məşqçi Joze Mourinyo Çelsi ilə müqaviləsini uzadıb

Bakı. 8 Avqust. REPORT.AZ/ İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo klub ilə yeni dördillik müqavilə imzalayıb.

"Report" xəbər verir ki, bu barədə komandanın rəsmi saytında məlumat yerləşdirilib.

KİV-in yazdığına görə, onun yeni sazişə görə əmək haqqısı əvvəlki kimi - ildə 8,5 milyon funt sterlinq təşkil edəcək.

Mourinyo "Çelsi"yə 2013-cü ilin yayında dördillik müqavilə imzalayaraq qayıdıb. Bundan əvvəl isə o, komandaya 2004-cü ildən 2007-ci ilədək rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi