Portuqaliyada hakimlər futbolçu və məşqçilərin şikayətlərinə cavab olaraq tətil edəcəklər

Portuqaliyada hakimlər futbolçu və məşqçilərin şikayətlərinə cavab olaraq tətil edəcəklər Onlar etik və intizam qaydalarını pozanlara qarşı cəzaları gücləndirmək niyyətindədirlər
Futbol
24 Noyabr , 2017 00:33
Portuqaliyada hakimlər futbolçu və məşqçilərin şikayətlərinə cavab olaraq tətil edəcəklər

Bakı. 24 noyabr. REPORT.AZ/ Portuqaliyalı hakimlər klublar, məşqçilər və futbolçular onların işi ilə bağlı hədsiz şikayətlərini davam etdirəcəkləri təqdirdə tətilə başlayacaqlarını bildiriblər.

"Report" AP nəşrinə istinadən xəbər verir ki, Portuqaliya Futbol Hakimləri Assosiasiyasının (PFHA) yaydığı bəyanata görə, hakimlər onların müəyyən klubların maraqlarını güdməsi və ya korrupisya sxemlərində iştirak etməsinə dair "böhtanlar"a daha dözmək fikrində deyillər.

Hakimlər həmçinin matçın rəsmi şəxslərinin mühafizəsi üçün tətbiq edilən etik və intizam qaydalarını pozanlara qarşı cəzaları güclədirmək niyyətindədirlər.

Assosiasiya tətilə dekabrın ortalarından başlayacaqlarını bildirib.

Manuel De Souzanın rəhbərlik etdiyi portuqaliyalı hakimlər briqadası Çempionlar Liqasının qrup mərhələsinin V turunda "Qarabağ"ın İngiltərənin "Çelsi" komandasına 0:4 hesabı ilə uduzduğu oyunu idarə edib. De Souza Azərbaycan klubunun qapısına 2 penalti təyin etməklə yanaşı, kapitan Rəşad Sadıqovu meydandan qovub. Nəticədə onun hakimliyi ciddi etirazla qarşılanıb.

Son xəbərlər

Orphus sistemi