Portuqaliyada futbol matçı tribunanın uçma riski səbəbindən yarımçıq qalıb

Portuqaliyada futbol matçı tribunanın uçma riski səbəbindən yarımçıq qalıb Basabas zamanı travma almış bir neçə fanata tibbi yardım göstərilib
Futbol
16 Yanvar , 2018 07:13
Portuqaliyada futbol matçı tribunanın uçma riski səbəbindən yarımçıq qalıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Portuqaliyada milli futbol çempionatının "Eştoril" və "Portu" komandaları arasında keçirilməli olan oyunu tribunanın uçma riski səbəbindən təxirə salınıb.

“Report” xəbər verir ki, hadisə "Antoniu Koimbra da Mota" stadionunda birinci hissədən sonra baş verib.

Fasilə zamanı konstruksiyanın uçma təhlükəsi səbəbindən cənub tribunasındakı azarkeşlər təxliyyə edilib. Basabas zamanı travma almış bir neçə fanata tibbi yardım göstərilib.

Birinci hissədə ev sahibi olan "Eştoril" 1:0 hesabı ilə irəlidə olub.

Matçın ardının oynanılacağı tarix məluma deyil.

Son xəbərlər

Orphus sistemi