Portuqaliya yoldaşlıq görüşündə Əlcəzairi darmadağın edib - VİDEO

Portuqaliya yoldaşlıq görüşündə Əlcəzairi darmadağın edib - VİDEO Görüş 3:0 hesabı ilə başa çatıb
Futbol
8 İyun , 2018 07:30
Portuqaliya yoldaşlıq görüşündə Əlcəzairi darmadağın edib - VİDEO

Bakı. 8 iyun. REPORT.AZ/ Portuqaliya milli komandası Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına hazırlıq çərçivəsində Əlcəzair yığması ilə yoldaşlıq görüşü keçirib.

“Report” xəbər verir ki, Lissabonun "Da Luş" stadionunda keçirilən görüş ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda ilk qolun müəllifi 17-ci dəqiqədə fərqlənən yarımmüdafiəçi Qonsalu Quedeş olub. Fasiləyədək digər yarımmüdafiəçi Brunu Fernandeş portuqaliyalıların üstünlüyünü iki topa çatdırıb. Ona qol ötürməsini Kriştianu Ronaldu verib. İkinci hissənin əvvəlində Quedeş dublunu rəsmiləşdirib.

Portuqaliya DÇ-2018-in qrup mərhələsində İspaniya, İran və Mərakeş yığmaları ilə mübarizə aparacaq.

Yoldaşlıq oyunu

Portuqaliya – Əlcəzair - 3:0

Qollar: 1:0 – Quedeş – 17, 2:0 – Fernandeş – 37, 3:0 – Quedeş – 55

Son xəbərlər

Orphus sistemi