​Portuqaliya yığmasının kapitanı: “Məqsədimiz Azərbaycan millisini məğlub etməkdir”

​Portuqaliya yığmasının kapitanı: “Məqsədimiz Azərbaycan millisini məğlub etməkdir” Dioqo Keyruş: "Rəqibin bizə hansı problem yarada biləcəyindən xəbərdarıq"
Futbol
3 May , 2016 16:37
​Portuqaliya yığmasının kapitanı: “Məqsədimiz Azərbaycan millisini məğlub etməkdir”

Bakı. 3 may. REPORT.AZ/ “Avropa çempionatının bir parçası olmaq qürurvericidir. Hazırda Azərbaycanda olduğumuz üçün şadıq”. Bunu "Report"a açıqlamasında Portuqaliyanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının kapitanı Dioqo Keyruş Bakıda keçiriləcək qitə birinciliyi barədə danışarkən deyib. 

Gənc müdafiəçi hədəflərinin çempionluq olduğunu vurğulayıb: “16 komandanın hər biri çempion olmaq istəyir. Bizim də məqsədimiz kuboku qazanmaqdır. Təbii ki, bu, asan olmayacaq. Amma sona qədər mübarizə aparacağıq”. 

Keyruş mayın 5-nə təsadüf edəcək açılış matçında Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan da danışıb: “Azərbaycan yığması haqda məlumatımız var. Rəqibin bizə hansı problem yarada biləcəyindən xəbərdarıq. Baş məşqçimiz lazımi məlumatları verib”.

Kapitan Azərbaycan yığmasını məğlub etməyə çalışacaqlarını vurğulayıb: “Azərbaycana hörmətlə yanaşırıq. Rəqibi qiymətləndirməməkdən söhbət gedə bilməz. Lakin məqsədimiz qələbədir. Turnirə 3 xalla başlamaq istəyirik”.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan-Portuqaliya matçı saat 20:00-da başlanacaq. A qrupundakı digər rəqiblər isə Şotlandiya və Belçikadır. 

Son xəbərlər

Orphus sistemi