Yuxarı

​Portuqaliya yığmasının baş məşqçisi: "Azərbaycanı güclü rəqib sayırdıq"

Futbolçularımız oyuna ciddi hazırlaşmışdı

Bakı.5 may.REPORT.AZ/ "Əlbəttə, bu oyunu məşq saymaq olmaz. Bütün komandalara hörmətlə yanaşırıq. Azərbaycanı da güclü rəqib sayırdıq. Futbolçularımız oyuna ciddi hazırlaşmışdı. İlk dəqiqələrdə vurduğumuz qol işimizi rahatlaşdırdı".

"Report"un məlumatına görə, bunu Portuqaliyanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Helio Souza Azərbaycan yığmasını 5:0 hesabı ilə yendikləri Avropa çempionatının "A" qrupunun ilk tur matçından sonra deyib.

O bildirib ki, əvvəllər komandası bu qədər insanın qarşısında meydana çıxmadığından, fərqli mühitdə çıxış ediblər. H.Souza 5 qolla qalib gəlmələrinə baxmayaraq, bütün rəqiblərə hörmətlə yanaşdıqlarını vurğulayıb:

"Ötənilki Avropa çempionatında uğurlu nəticə qazana bilməmişdik. Çünki finaldan kənarda qaldıq. Bu səbəbdən, Bakıdakı çempionata ciddi hazırlaşmışıq. Hədəfimiz hələ ki, növbəti oyunu da udmaq və qarşıdakı oyunlara hazırlaşmaqdır".

O bildirib ki, start heyətində 10 nömrəli futbolçu Pilağa Mehdiyevin oynayacağını gözləyiblər. Amma gözləntilərinin əksinə, Mehdiyev fasilədən sonra meydana daxil olub.

H.Souza azərbaycanlı həmkarı Təbriz Həsənova heç bir məsləhət verə bilməyəcəyini söyləyib. O, bunu ölkəsinin futbol federasiyasındakı strukturla əlaqələndirib:

"Mən sizin ölkənizdəki strukturu bilmirəm. Ona görə məsləhət verməyim düzgün olmazdı".

Baş məşqçi Şotlandiya ilə növbəti qarşılaşmaya ciddi hazırlaşacaqlarını da açıqlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi