Portuqaliya UEFA Millətlər Liqasının ilk qalibi olub - YENİLƏNİB - VİDEO

Portuqaliya UEFA Millətlər Liqasının ilk qalibi olub - YENİLƏNİB - VİDEO UEFA-nın ilk dəfə təşkil etdiyi UEFA Millətlər Liqasının qalibi müəyyənləşib.
Futbol
10 İyun , 2019 00:34
Portuqaliya UEFA Millətlər Liqasının ilk qalibi olub - YENİLƏNİB - VİDEO

UEFA-nın ilk dəfə təşkil etdiyi UEFA Millətlər Liqasının qalibi müəyyənləşib.

"Report"un məlumatına görə, bu, "dördlər finalı"nın təşkilatçısı Portuqaliya yığmasıdır. Fernandu Santuşun baş məşqçi olduğu komanda finalda Hollandiyaya qalib gəlib - 1:0. Yeganə qolu 60-cı dəqiqədə Qonsalu Quedeş vurub.

Bununla da Portuqaliya millisi Santuşun rəhbərliyi altında ikinci titulunu əldə edib. Daha əvvəl bu komanda 2016-cı il Avropa çempionatında qızıl medal qazanıb.

Qeyd edək ki, bürünc medala penaltilər seriyasında İsveçrəni 6:5 hesabı ilə yenən İngiltərə sahib olub.


***12:49

Bu gün UEFA Millətlər Liqasında 3-cü yer uğrunda və final oyunları keçiriləcək. 

"Report"un məlumatına görə, Portuqaliyada təşkil olunmuş "dördlər finalı"nın həlledici görüşündə meydan sahibləri ilə Hollandiya yığması üz-üzə gələcək. Onların yarımfinalda müvafiq olaraq, üstələdikləri İsveçrə və İngiltərə milliləri isə 3-cü yer uğrunda matça çıxacaqlar. Bu komandaların hamısı A Liqasında qrup qalibi olub. 

İlk dəfə təşkil olunan Millətlər Liqasının qalibinə 71 sm-lik gümüş kubokdan əlavə, 7,5 milyon avro pul mükafatı veriləcək. Finalda uduzan komanda isə 6,5 milyon avroya sahib olacaq.

UEFA Millətlər Liqası

3-cü yer uğrunda görüş

17:00. İsveçrə - İngiltərə
Gimaraynş (Portuqaliya), "Estádio D. Afonso Henriques"

FİNAL
22:45. Portuqaliya - Hollandiya
Portu (Portuqaliya), "Estadio do Dragao"

Son xəbərlər

Orphus sistemi