Portuqaliya seçmə mərhələ vasitəsilə də AVRO-2020-yə yüksəlib

Portuqaliya seçmə mərhələ vasitəsilə də AVRO-2020-yə yüksəlib Futbol üzrə Portuqaliya milli komandası AVRO-2020-yə seçmə mərhələ vasitəsilə də vəsiqə qazanıb.
Futbol
17 Noyabr , 2019 20:51
Portuqaliya seçmə mərhələ vasitəsilə də AVRO-2020-yə yüksəlib

Futbol üzrə Portuqaliya milli komandası AVRO-2020-yə seçmə mərhələ vasitəsilə də vəsiqə qazanıb.

"Report"un məlumatına görə, B qrupunda yer alan pireneylilər son tur matçında səfərdə Lüksemburqa qalib gəliblər - 2:0. Hesabı 39-cu dəqiqədə Brunu Fernandeş açıb. Kriştianu Ronaldu isə 86-cı dəqiqədə son nöqtəni qoyub.

Qrupun digər matçında Serbiya evdə Ukrayna ilə heç-heçə edib - 2:2.

Bununla da xallarını 17-yə çatdıran Portuqaliya 20 xala malik Ukrayna ilə birgə mərhələ adlayıb. Ronaldunun komandası daha əvvəl UEFA Millətlər Liqasının qalibi kimi final mərhələsinə yüksəlmişdi. İndi həmin vəsiqə A Liqasında sonrakı yerləri tutan, amma seçmə mərhələni dəf edə bilməyən komandalardan birinə qismət olacaq.

Son xəbərlər

Orphus sistemi