Portuqaliya Premyer Liqasında 4 futbolçu oyun satmaqda ittiham olunur

Portuqaliya Premyer Liqasında 4 futbolçu oyun satmaqda ittiham olunur Onlar "Riu Ave"nin məğlubiyyətini təşkil etmək üçün pul mükafatı alıblar
Futbol
28 Dekabr , 2017 17:44
Portuqaliya Premyer Liqasında 4 futbolçu oyun satmaqda ittiham olunur

Bakı. 28 dekabr. REPORT.AZ/ Portuqaliya Premyer Liqasında çıxış edən “Riu Ave” komandasının 4 futbolçusu oyun satmaqda şübhəli bilinir.

“Report” xəbər verir ki, Portu polisi adları açıqlanmayan oyunçulara qarşı ittiham irəli sürüb.

Bildirilir ki, onlar ötən mövsüm ölkə çempionatının XX turunda “Feyrense” ilə səfər matçından əvvəl komandanın məğlubiyyətini təşkil etmək üçün pul mükafatı alıblar. Görüş başlamazdan öncə isə bukmeyker kontorlarında meydan sahiblərinin qələbəsinə böyük məbləğlərdə pul qoyuluşunun edildiyi müşahidə olunub. Nəticədə oyun mərc proqramından çıxarılıb.

Qarşılaşma “Feyrense”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin 5-ci və 74-cü dəqiqədə vurduqları qollara qonaqlar 90-cı dəqiqədə bir dəqiq zərbə ilə cavab veriblər.

Son xəbərlər

Orphus sistemi