Portuqaliya Konfederasiyalar Kubokunda üçüncü yeri tutub - VİDEO

Portuqaliya Konfederasiyalar Kubokunda üçüncü yeri tutub - VİDEO Avropa çempionları Meksikanı məğlub ediblər
Futbol
2 İyul , 2017 18:32
Portuqaliya Konfederasiyalar Kubokunda üçüncü yeri tutub - VİDEO

Bakı. 2 iyul. REPORT.AZ/ Portuqaliya Rusiyada keçirilən futbol üzrə Konfederasiyalar Kubokunun üçüncü yeri uğrunda görüşündə Meksika üzərində qələbə qazanıb.

"Report" xəbər verir ki, Moskvada keçirilən görüş 2:1 hesabı ilə Avropa çempionlarının xeyrinə başa çatıb.

Hesab matçın ikinci hissəsində açılıb. 55-ci dəqiqədə Luiş Neto avtoqola imza atıb. Matçın əsas hissəsinin 90-cı dəqiqəsində Pepe bərabərlik topunu vurub. Oyuna birinci əlavə vaxtın sonunda isə Andrea Silva penalı dəqiq yerinə yetirərək (104-cü dəqiqə) komandasını hesabda irəli çıxardıb.

Konfederasiyalar Kuboku. 3-cü yer uğrunda

Portuqaliya - Meksika - 2:1

0:1 – Netu – 55 (avtoqol), 1:1 – Pepe – 90, 2:1 – Silva – 105 (pen)

Qırmızı vərəqə: Semedu, 106 – Ximenes, 112.

Son xəbərlər

Orphus sistemi