Yuxarı

Portuqaliya klubu ardıcıl qazandığı qələbələrə görə rekord müəyyənləşdirib

Portuqaliya klubundan rekord

Bakı. 31 dekabr. REPORT.AZ/ Portuqaliyanın "Portu" komandası ardıcıl qazandığı qələbələrə görə özünün yeni rekordunu müəyyənləşdirib.

"Report" klubun "Twitter" sosial şəbəkəsindəki səhifəsinə istinadən xəbər verir ki, Serjiu Konseysaunun rəhbərlik etdiyi kollektiv buna Liqa Kubokunun qrup mərhələsində "Belenensiş"i 2:1 hesabı ilə məğlub etdiyi matçda nail olub.

Bu, komandanın bütün turnirlər daxil olmaqla ard-arda qazandığı 16-cı qələbədir. 

Qeyd edək ki, "Portu" 14 turdan sonra Portuqaliya çempionatında 36 xal toplayaraq ilk pillədə qərarlaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi