Portuqaliya klubu baş məşqçisini təyinatından 10 gün sonra istefaya göndərib

Portuqaliya klubu baş məşqçisini təyinatından 10 gün sonra istefaya göndərib Bakı. 27 iyun. REPORT.AZ/ Portuqaliyanın Sportinq klubu 10 gün əvvəl baş məşqçi təyin olunan Sinişa Mixayloviçlə yollarını ayırıb.
Futbol
28 İyun , 2018 13:01
Portuqaliya klubu baş məşqçisini təyinatından 10 gün sonra istefaya göndərib
0 : 00
0 : 00

Bakı. 27 iyun. REPORT.AZ/ Portuqaliyanın "Sportinq" klubu 10 gün əvvəl baş məşqçi təyin olunan Sinişa Mixayloviçlə yollarını ayırıb. 

"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, səbəb serbiyalı mütəxəssisin Portuqaliya təmsilçisinin yeni rəhbərliyinin planlarına daxil olmamasıdır. "Sportinq" 49 yaşlı baş məşqçiyə 300 min avro məbləğində təzminat ödəyəcək. 

Qeyd edək ki, may ayında Lissabon təmsilçisinin bazası azarkeşlərin silahlı hücumuna məruz qalıb. Versiyalardan biri kimi hücumun arxasında klubun sabiq prezidenti Brunu de Karvalyunun dayandığı göstərilib. O, futbolçularla ötən mövsüm ərzində münaqişədə olub. 

Son xəbərlər

Orphus sistemi