Yuxarı

Portuqaliya çempionatının bərpa tarixi açıqlandı

​Portuqaliya çempionatının bərpa tarixi açıqlandı

Futbol üzrə Portuqaliya çempionatında mövsüm iyunun 3-də davam etdiriləcək.

“Report” xəbər verir ki, bu barədə yarışın rəsmi saytı bildirib.

Yarışın təşkilatçıları artıq Primeyranın 33-cü tura qədər oyunlarının yarış cədvəlini də yayımlayıblar.

İyunun 3-də keçiriləcək 25-ci turda "Portimonensi" "Jil Visente" ilə, "Famalikan" "Limana" ilə qarşılaşacaq. İyunun 4-də "Maritimu" "Vitoriya Setubal"u, "Benfika" "Tondela"nı sınağa çəkəcək.

Həmin gün həmçinin "Vitoriya Qimaraynş" "Sportinq"lə üz-üzə gələcək.

Cümə günü, iyunun 5-də "Santa-Klara" "Braqa" qarşılaşması baş tutacaq. Elə həmin gün "Aveş" "Belenenseş"lə gücünü yoxlayacaq. İyunun 6-da, şənbə günü "Boavişta" - "Moreyrensi" “duel”i baş tutacaq.

İyunun 7-də, bazar günü "Riu Ave" ilə "Paşsu di Ferreyra" kimin daha güclü olmasını ayırd edəcəklər.

Portuqaliya çempionatında mövsüm martın ortalarında koronavirus pandemiyası ilə əlaqədar dayandırılıb. Hazırda Primeyra cədvəlinə "Portu” başçılıq edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi