Yuxarı

Portuqaliya Bakıda keçirilən futbol üzrə Avro-2016-nın qalibi olub

Priney təmsilçiləri finalda İspaniyanı məğlub ediblər

Bakı. 21 May. REPORT.AZ/ Bakıda 17 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatının qalibi müəyyənləşib.

"Report"un məlumatına görə, finalda Portuqaliya və İspaniya milliləri üz-üzə gəlib.

"Bakcell Arena"da keçirilən qarşılaşmanın əsas hissəsi 1:1 hesabı ilə başa çatıb. Qalibi müəyyən etmək üçün 11 metrlik cərimə zərbələri təyin olunub.

Penalti seriyasında Portuqaliya daha dəqiq oynayıb (5:4) və Avropa çempionu adını qazanıb.

Final matçından sonra mükafatlandırma mərasimi keçirilib.

Tədbirə UEFA rəsmiləri ilə yanaşı, başda AFFA-nın prezidenti Rövnəq Abdullayev olmaqla, qurumun rəsmiləri, eləcə də gənclər və idman naziri Azad Rəhimov qatılıb.

Əvvəlcə çempionatın bombardiri Joze Qomeş mükafatlandırılıb. Portuqaliya yığmasının heyətində 7 qol vurmuş hücumçuya xatirə hədiyyəsi verilib. Ardından hakimlər briqadasına mükafat verilib. İspaniya yığmasının gümüş medallar qazanmasından sonra səhnəyə Portuqaliya millisi dəvət edilib. Qızıl medalları alan qaliblərdən kapitan Dieqo Keyruş kubok təqdim edilib. 

Avropa çempionatı, FİNAL

Portuqaliya - İspaniya - 1:1

Qollar: Dieqo Dalot, 27 - Rahim Diaz, 32

Penaltilər: Joze Qomeş (1:0), Abel Ruiz (1:1), Joao Felipe (2:1), Oriol Buskets (2:2), Dieqo Leyte (3:2), Juan Brandariz (3:3), Dalot (4:3), Brahim Diaz (4:4), Gedson Fernandeş (5:4), Manu Morlanes (5:4)

Hakimlər: Petr Ardeleanu (Çexiya), Balaj Buzaş (Macarıstan), Ceyhun Sesigüzel (Türkiyə), Qunnar Yarl Yonsson (İslandiya) "Bakcell Arena".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi