Polşalı azarkeşlər Madriddə insident törədib

Polşalı azarkeşlər Madriddə insident törədib 5 fanat və 3 polis yaralanıb
Futbol
19 Oktyabr , 2016 11:16
Polşalı azarkeşlər Madriddə insident törədib

Bakı. 19 oktyabr. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasının F qrupunda dünən İspaniyada "Real Madrid"lə Polşa "Legiya"sı arasında keçirilmiş oyundan əvvəl insident baş verib. "Report"un məumatına görə, hadisələr oyunun keçirildiyi Madrid şəhərindəki "Santiyaqo Bernabeu" stadionunun ətrafında cərəyan edib.

Matçı izləməyə gələn polşalı fanatlar stadion ətrafında münaqişələr törədib. Nəticədə yerli polis hadisəyə müdaxilə edib. 5 polşalı azarkeşin və 2 ispaniyalı polisin yaralandığı bildirilir.

İnsidentə müdaxilə etmək üçün polislər atlı patrul və rezin güllələrdən istifadə etmək məcburiyyətində qalıb. Oyun ərzində 500-dən artıq polis və 700-ə qədər xüsusi mühafizə xidməti stadionun ərazisinə nəzarət edib.

Bundan başqa oyundan sonra Madriddəki barların birində dalaşan və orada 2 qadın xidmətçiyə təcavüz etməyə cəhddə günahlandırılan varşavalı 3 azarkeşin məhkəmədə ifadə verəcəkləri bildirilir.

Qeyd edək ki, görüş "Real Madrid"in 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi