​Polşada polis futbol fanatına atəş açıb – VİDEO

​Polşada polis futbol fanatına atəş açıb – VİDEO Azarkeş xəstəxanada keçinib
Futbol
3 May , 2015 03:20
​Polşada polis futbol fanatına atəş açıb – VİDEO

Bakı. 3 may. REPORT.AZ/ Polşada futbol matçında yaranan qarşıdurma zamanı polislər fanata atəş açıblar.

“Report” “Gazeta Polska” nəşrinə istinadən xəbər verir ki, insidet “Concordia Knurow” və “Ruch Radzionkow” klubları arasında keçirilən oyun zamanı baş verib.

Matç əvvəlindən sakit keçməyib. Hakim bütün meydanı bürüyən məşəl tüstüsü səbəbindən oyunu iki dəfə dayandırıb. Nəhayət ki, oyun 35-ci dəqiqədə dayandırılıb.

Daha sonra “Concordia”nın onlarla fanatı hasarı aşaraq qonaq komanda fanatlarına hücum etməyə cədh göstəriblər. Belə olan halda polis onların qarşısını alıb.

Fanatlar polisə aqressiya nümayiş etdiriblər və onları daşa basıblar.

"Polis öz həyatını qorumaq üçün silah tətbiq etmək məcburiyyətində qalıb. Hücum dəf edilib", - deyə komissar Markus Slomski bildirib.

Fanatladan biri hadisə zamanı boynundan yaralanıb. Çox güman ki, güllə rezin olub. Fanat dərhal xəstəxanaya göndərilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Son xəbərlər

Orphus sistemi