Polşa yığması İrəvanda Ermənistanı darmadağın edib - VİDEO

Polşa yığması İrəvanda Ermənistanı darmadağın edib - VİDEO Polyakların heyətində Robert Levandovski het-trik edib
Futbol
5 Oktyabr , 2017 22:06
Polşa yığması İrəvanda Ermənistanı darmadağın edib - VİDEO

Bakı. 5 oktyabr. REPORT.AZ/ Polşa yığması futbol üzrə Dünya çempionatı – 2018-in 9-cu turunun E qrupu matçında İrəvanda Ermənistan millisini 6:1 hesabı ilə darmadağın edib.

"Report" xəbər verir ki, polyakların heyətində Robert Levandovski het-trik edərək 50 qol ilə milli komanda tarixində ən yaxşı bombardir olub.

Hazırda Polşa yığması qrupda birinci yeri tutur və Monteneqro-Danimarka matçında heç-heçə qeydə alınacağı təqdirdə artıq bu gün Rusiyada keçiriləcək dünya çempinatının final mərhələsinə vəsiqə aldə etmiş olacaq.

DÇ-2018 - Avropa. E qrupu. 9-cu tur

Ermənistan – Polşa - 1:6

0:1 – Qrositski – 2, 0:2 – Levandovski – 18, 0:3 – Levandovski – 25, 1:3 – Ambartsumyan – 39, 1:4 – Blaşikovski – 58, 1:5 – Levandovski – 64, 1:6 – Volski – 89.

Son xəbərlər

Orphus sistemi