Polşa komandasının qəzaya düşməsi nəticəsində 5 futbolçu dünyasını dəyişib

Polşa komandasının qəzaya düşməsi nəticəsində 5 futbolçu dünyasını dəyişib Avtobus yük maşını ilə toqquşub
Futbol
30 Mart , 2016 17:44
Polşa komandasının qəzaya düşməsi nəticəsində 5 futbolçu dünyasını dəyişib

Bakı. 30 mart. REPORT.AZ/ Polşanın 3-cü liqasında çıxış edən "Volçanka" futbol komandası faciəvi avtomobil qəzası keçirib. "Report"un məlumatına görə, "Avia Svidnik"lə oyuna yollanan komandanın avtobusu qarşıdan gələn yük maşını ilə toqquşub.

Nəticədə 5 futbolçu həyatını itirib. Bunlar 28 yaşlı Rafal Pıdıx, 23 yaşlı Kamil Pıdıx, 19 yaşlı Patrik Şveçak, 25 yaşlı Mariuş Korzepa və 29 yaşlı Kamil Oşlizlodur. Oyunçulardan 3-ü hadisə yerindəcə, 2-si xəstəxanada keçinib.

Qeyd edək ki, faciəvi hadisə ilə əlaqədar Polşa və Finlandiya yığmaları arasındakı yoldaşlıq görüşü birdəqiqəlik sükutla başlayıb.  

Son xəbərlər

Orphus sistemi