Polis FİFA-nın Surixdəki mənzil-qərargahına basqın edib

Polis FİFA-nın Surixdəki mənzil-qərargahına basqın edib Sənədlər müsadirə olunub
Futbol
3 İyun , 2016 17:58
Polis FİFA-nın Surixdəki mənzil-qərargahına basqın edib

Bakı. 3 iyun. REPORT.AZ/ Polis FİFA-nın Surixdəki mənzil-qərargahına basqın edib. 

"Report"un "Anadolu"ya istinadən verdiyi məlumata görə, ofisdəki sənədlər və elektron məlumatlar müsadirə olunub.

İsveçrə məhkəməsinin qərarına əsasən həyata keçirilən əməliyyatın FİFA-nın sabiq prezidenti Yozef Blatter və qurumun sabiq baş katibi Jerom Valke ilə bağlı olduğu bildirilib.

Qeyd edək ki, FİFA-nın Etika Komitəsi rüşvət almaları ilə bağlı Blatteri 6, Valkeni isə 12 il müddətinə futbol müsabiqələrində fəaliyyətdən kənarlaşdırıb.

Son xəbərlər

Orphus sistemi