40 yaşlı Pisarro 96-cı dəqiqə qol vuraraq "Verder"i məğlubiyyətdən xilas edib

40 yaşlı Pisarro 96-cı dəqiqə qol vuraraq "Verder"i məğlubiyyətdən xilas edib Bakı. 17 fevral. REPORT.AZ/ Herta futbol üzrə Almaniya Bundesliqasının 22-ci turunda Verderlə heç-heçə edib.
Futbol
17 Fevral , 2019 11:00
40 yaşlı Pisarro 96-cı dəqiqə qol vuraraq Verderi məğlubiyyətdən xilas edib

Bakı. 17 fevral. REPORT.AZ/ "Herta" futbol üzrə Almaniya Bundesliqasının 22-ci turunda "Verder"lə heç-heçə edib.

“Report” xəbər verir ki, Berlinin "Olimpiaştadion" stadionunda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.

Oyunda hesab 25-ci dəqiqədə açılıb. Deyvi Zelke "Herta"nı hesabda irəli çıxardıb.

Bremen klubu matça əlavə olunmuş dəqiqələrdə məğlubiyyətdən yaxa qurtara bilib. Əlavə olunmuş 6-cı dəqiqədə komandanın 40 yaşlı perulu forvardı Klaudio Pisarro qol vuraraq komandanı xilas edib.

Hazırda "Verder" 31 xalla turnir cədvəlində 10-cu, "Herta" isə 32 xalla 9-cu pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi