Pike və Şakira şantajın qurbanı olub

Pike və Şakira şantajın qurbanı olub Cütlükdən külli miqdarda pul tələb olunub
Futbol
18 Noyabr , 2015 20:13
Pike və Şakira şantajın qurbanı olub

Bakı. 18 noyabr. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun futbolçusu Cerard Pike və onun həyat yoldaşı Şakira şantajın qurbanı olublar. "Report"un məlumatına görə, cütlük şəxsi videolarının yayılması ilə şantaj olunub.

Videonun yayılmaması müqabilində onlardan külli miqdarda pul tələb olunub. Şantajçı ələ keçiriləcəyi təqdirdə, günahı sübuta yetirilərsə, onu 5 il həbs cəzası gözləyir.

Qeyd edək ki, daha öncə Moskva "Dinamo"sunun futbolçusu Matye Valbuena şantajın qurbanı olub. Futbolçunun işinə görə onun Fransa millisindəki komanda yoldaşı Kərim Benzema polis tərəfindən saxlanılmışdı. 

Son xəbərlər

Orphus sistemi