"Borussiya"nın futbolçusu "Qəbələ"yə 3 qol vurduğu topu özü ilə aparıb

"Borussiya"nın futbolçusu "Qəbələ"yə 3 qol vurduğu topu özü ilə aparıb Pyer Emerik Obameyanq "Mənim suvenirim" yazıb
Futbol
23 Oktyabr , 2015 11:13
Borussiyanın futbolçusu Qəbələyə 3 qol vurduğu topu özü ilə aparıb

Bakı. 23 oktyabr. REPORT.AZ/ Almaniyanın "Borussiya" (Dortmund) komandasının futbolçusu Pyer Emerik Obameyanq "Qəbələ" ilə Avropa Liqasının III tur matçında 3 qol vurduğu topu özü ilə aparıb. "Report"un məlumatına görə, qabonlu hücumçu həmin topla görüntüsünü "twitter" hesabından paylaşıb.

O, fotonun altında "Mənim suvenirim" yazıb.

Qeyd edək ki, "Bakcell Arena"da keçirilmiş oyun "Borussiya"nın qələbəsi ilə yekunlaşıb - 3:1.

Son xəbərlər

Orphus sistemi