PFL "Qarabağ"ın oyunlarının vaxtını dəyişib

PFL "Qarabağ"ın oyunlarının vaxtını dəyişib Dəyişiklik Ağdam klubunun müraciəti əsasında baş tutub
Futbol
26 Noyabr , 2017 01:36
PFL Qarabağın oyunlarının vaxtını dəyişib

Bakı. 26 noyabr. REPORT.AZ/ Azərbaycanı Çempionlar Liqasının qrup mərhələsində təmsil edən “Qarabağ” Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.

“Report” PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubu İtaliyanın “Roma” komandası ilə matça daha yaxşı hazırlaşmasını əsas gətirərək Azərbaycan Premyer Liqasının XIV turunda və Azərbaycan Kubokunun 1/8 final mərhələsində keçirəcəyi oyunların vaxtının dəyişdirilməsini xahiş edib.

PFL “Qarabağ”ın Azərbaycanı Avropada təmsil etdiyini və klubların razılıq məktubunu rəhbər tutaraq, XIV turunun “Qarabağ” – “Neftçi” matçının dekabrın 2-dən 1-ə keçirilməsinə qərar verib. Həmçinin 1/8 final mərhələsinin “Qarabağ” – “Qaradağ Lökbatan” və “Neftçi” – “Zaqatala” oyunları noyabrın 29-dan 28-ə keçirilib.   

Qeyd edək ki, “Roma” – “Qarabağ” görüşü dekabrın 5-də baş tutacaq.

Son xəbərlər

Orphus sistemi