​PFL prezidenti: "Qəbələ"nin səfər oyunundan 1:1-lik nəticə gözləyirəm

​PFL prezidenti: "Qəbələ"nin səfər oyunundan 1:1-lik nəticə gözləyirəm Ramin Musayev "Qəbələ"nin heç-heçəsini qələbəyə bərabər sayıb
Futbol
21 Avqust , 2015 01:01
​PFL prezidenti: Qəbələnin səfər oyunundan 1:1-lik nəticə gözləyirəm

Bakı. 21 Avqust. REPORT.AZ/ " "Qəbələ" yaxşı oyun nümayiş etdirdi. Düşünürəm ki, bu heç-heçəni qələbə kimi qəbul etmək olar".

Bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev "Report"a açıqlamasında bildirib.

O, "Qəbələ"nin səfər oyunu ilə bağlı proqnoz da verib:

"Səfər oyunundan 1:1-lik nəticə gözləyirəm".

"Qəbələ"nin yerli çempionatdakı çıxışı ilə bağlı da proqnoz verən PFL prezidenti Premyer Liqanın "Qəbələ" üçün ağır olacağını diqqətə çatdırıb:

" "Qəbələ" üçün ağır olacaq. Çünki hazırda komandalarda yerli gənc futbolçular üstünlük təşkil edir və onlar öz bacarıqlarını göstərəcəklər. Vaxtilə AFFA prezidenti Rövnəq Abdullayev təklif edəndə ki, gəlin futbolu gəncləşdirək, cavanlaşdıraq, bəzi klublar bu fikirlərə inanmırdılar. Lakin indi bu fikirlər öz təsdiqini tapmaqdadır ki, bu, doğurdanda lazım idi".

Son xəbərlər

Orphus sistemi