Yuxarı

Peyman Babayi: "Azərbaycan futbolu "Qarabağ"la tanınır"

​Peyman Babayi: "Azərbaycan futbolu "Qarabağ"la tanınır"

"Qarabağ"ın zəif yerləri üzərində yaxşı işləmişdik. İlk yarıda qapımızı toxunulmaz saxlamaq istəyirdik. Fasilədən sonra qol imkanlarımızın olacağını bilirdik".

"Report" xəbər verir ki, bunu "Sumqayıt"ın futbolçusu Peyman Babayi Premyer Liqanın XII turunda evdə "Qarabağ" üzərində 2:1 hesablı qələbəni şərh edərkən deyib.

Vurduğu 2 qolla komandasına qələbə gətirən iranlı forvard çox sevincli olduğunu söyləyib: "Qarabağ" cari çempionatda ilk məğlubiyyətini yaşatdıq. Gələn həftə "Keşlə" ilə qarşılaşırıq. Həmin matça da yaxşı hazırlaşmağa çalışacağıq. "Qarabağ"ın yaxşı futbolçuları var. Baş məşqçimiz Axyan Abbasova təşəkkür edirəm. Bu cür qol epizodlarını mənimlə işləyib. "Zirə" ilə görüşdə də istifadə edə bilmədiyim 3-4 epizodum olmuşdu. Qol vurduğum üçün sevinirəm".

Qol sevincini "Kapital Bank Arean"da olan valideynləri ilə bölüşən Babayi onların iık dəfədir stadiona gəldiklərini bildirib: "Qollarımı onlara həsr edirəm. Azərbaycan futbolu "Qarabağ"la tanınır. Qapıçının kim olmasının fərqi yoxdur. Bu cür rəqibə qol vurduğuma və komandama kömək etdiyimə görə çox sevinirəm".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi