​Peşəkar Futbol Liqasının prezident vəzifəsinə seçkilər keçiriləcək

​Peşəkar Futbol Liqasının prezident vəzifəsinə seçkilər keçiriləcək Mərasim AFFA-nın inzibati binasında təşkil olunacaq
Futbol
4 İyul , 2016 14:01
​Peşəkar Futbol Liqasının prezident vəzifəsinə seçkilər keçiriləcək

Bakı. 4 iyul. REPORT.AZ/ Peşəkar Futbol Liqasının (PFL) prezidenti postuna seçkilər keçiriləcək. 

"Report" xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

AFFA-nın inzibati binasında keçiriləcək mərasim iyulun 5-də saat 11:00-da başlayacaq. Seçkidə federasiya prezidenti Rövnəq Abdullayev və Premyer Liqa klublarının nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, PFL-in hazırkı prezidenti Ramin Musayevdir.

Son xəbərlər

Orphus sistemi