Fransada Peşəkar Futbol Liqası pul qoyuluşu edən futbolçunu cəzalandırıb

Fransada Peşəkar Futbol Liqası pul qoyuluşu edən futbolçunu cəzalandırıb Valer Jermen 2 oyunluq diskvalifikasiya edilib
Futbol
24 İyun , 2016 17:15
Fransada Peşəkar Futbol Liqası pul qoyuluşu edən futbolçunu cəzalandırıb

Bakı. 24 iyun. REPORT.AZ/ Fransa Peşəkar Futbol Liqası (PFL) "Nitsa" klubunun futbolçusu Valer Jermeni cəzalandırıb. "Report"un məlumatına görə, cəzaya səbəb 26 yaşlı yarımmüdafiəçinin totalizatora pul qoyuluşu etməsidir.

PFL onu 2 oyunluq diskvalifikasiya edib və 1 500 avro cərimələyib. Jermen sosisal şəbəkədəki şəxsi hesabında mərc oyunlarında iştirak etməklə səhvə yol verdiyini və cəzanı qəbul etdiyini bildirib.

Qeyd edək ki, ötən mövsüm Valer Jermen "Nitsa"nın heyətində 38 oyuna çıxıb və 14 qol vurub.

Son xəbərlər

Orphus sistemi