Yuxarı

Peşəkar Futbol Liqası "Araz Naxçıvan"ın fəaliyyətini dayandırmasına münasibət bildirib

Zamiq Hüseynov: Yaxın vaxtlarda Naxçıvan rəhbərliyi ilə əlaqə saxlanılacaq

Baki. 3 noyabr. REPORT.AZ/ "Araz Naxçıvan" klubu fəaliyyətini dayandırması ilə bağlı Peşəkar Futbol Lİqasına (PFL) məktub ünvanlayıb. Bu barədə "Report"a PFL-in texniki-idman şöbəsinin rəisi Zamiq Hüseynov məlumat verib.

O bildirib ki, səhər saatlarında daxil olan məktubda konkret səbəb göstərilməyib. Z.Hüseynov yaxın müddətdə Naxçıvan rəhbərliyi ilə əlaqə saxlanılacağını və bu addımın nədən qaynaqlandığına aydınlıq gətiriləcəyini söyləyib. PFL rəsmisi "Araz Naxçıvan"ın Premyer Liqadan çəkilməməsi üçün əllərindən gələni edəcəklərini də vurğulayıb.

Qeyd edək ki, bu gün "Araz Naxçıvan"ın rəsmi saytı klubun fəaliyyətini dayandırmasına dair bildiriş yayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi