Bakı. 17 may. REPORT.AZ/ Peşəkar Futbol Liqası futbol üzrə Azərbaycan I Divizionunda aprel ayının ən gözəl qolunun müəllifi seçilmiş Rüfət Məmmədovu mükafatlandırıb.
“Report”un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, PFL-ə dəvət olunan “Qaradağ Lökbatan”ın oyunçusuna xüsusi hədiyyə və əvvəlcədən nəzərdə tutulduğu kimi 500 manat məbləğində pul mükafatı verilib.
Mükafatları PFL-in baş direktoru Məlik Həsənov təqdim edib.