Yuxarı

​Peru futbol üzrə Amerika Kuboku-2015-də üçüncü yeri tutub

Perulular Paraqvay komandasını 2:0 hesabı ilə məğlub ediblər

Bakı. 4 İyul. REPORT.AZ/ Futbol üzrə Peru yığması Çilidə keçirilən Amerika Kubokunda üçüncü yeri tutub.

"Report" xəbər verir ki, təsəlliverici finalda perulular Paraqvay millisi üzərində 2:0 hesablı qələbə qazanıblar.

Oyunda qolları 48-ci dəqiqədə Andre Karrilyo və 89-cu dəqiqədə Paolo Qerrero vurub.

Kubokun bu gün keçiriləcək final oyununda Argentina və Çili üz-üzə gələcək.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi