​Pepe: "Mourinyonun gedişindən sonra adımızı təmizlədik"

​Pepe: "Mourinyonun gedişindən sonra adımızı təmizlədik" "Nifrət hissi Mourinyonun vaxtında özünü biruzə verirdi"
Futbol
14 Mart , 2015 18:10
​Pepe: Mourinyonun gedişindən sonra adımızı təmizlədik

Bakı. 14 mart. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubunun müdafiəçisi Pepe komandanın sabiq baş məşqçisi Joze Mourinyo haqda fikirlərini dilə gətirib. 

"Report"un məlumatına görə, portuqaliyalı müdafiəçi həmyerlisinin gedişindən sonra adlarını təmizlədiyini söyləyib.

"Demək olar İspaniyanın bütün stadionlarında futbol oynamışıq. Heç birində nifrət hissi olmayıb, hansı ki, Mourinyonun vaxtında bu özünü biruzə verirdi" deyə müdafiəçi bildirib.

Qeyd edək ki, Joze Mourinyo 2010-2013-cü ildə "Real Madrid"i çalışdırıb.

Son xəbərlər

Orphus sistemi