​Pele "Samsung" şirkətinə qarşı 30 mln. dollarlıq iddia qaldırıb

​Pele "Samsung" şirkətinə qarşı 30 mln. dollarlıq iddia qaldırıb Futbolçu şirkəti onun obrazından istifadədə ittiham edir
Futbol
30 Mart , 2016 06:47
​Pele Samsung şirkətinə qarşı 30 mln. dollarlıq iddia qaldırıb

Bakı. 30 mart. REPORT.AZ/ Əfsanəvi braziliyalı futbolçu Pele reklam materiallarında obrazından yalnış istifadəyə görə Cənubi Koreyanın "Samsung" şirkətini məhkəməyə verib.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, şirkətin "The New York Times" nəşrinin səhifələrində dərc olunan televizor reklamında braziliyalı futbolçunun tez-tez yararlandığı "qayçı zərbəsi"indən istifadə edən Peleyə bənzər şəxs təsvir olunub.

Məhkəmə iddiasına əsasən, Pele dəyən ziyana görə 30 milyon dollar təzminat tələb edir.

Son xəbərlər

Orphus sistemi