​Pele Olimpiya Ordeni ilə təltif edilib

​Pele Olimpiya Ordeni ilə təltif edilib Tomas Bax: "O, olimpiya dəyərlərinin, idman, eləcə də ondan kənarda dostluq və hörmətə layiqliyin nümunəsidir"
Futbol
17 İyun , 2016 10:05
​Pele Olimpiya Ordeni ilə təltif edilib

Bakı. 17 iyun. REPORT.AZ/ Futbol əfsanəsi, Braziliya millisinin tərkibində üçqat dünya çempionu, yüz illiyin dahi idmançısı sayılan Pele Olimpiya Ordeni ilə təltif edilib.

"Report"un 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının rəsmi saytına istinadən verdiyi məlumata görə, Beynəlxalq Olimpiada Komitəsinin prezidenti Tomas Bax Ordeni Peleyə doğma şəhəri Santosda təqdim edib.

"Pele olimpiya dəyərlərinin, idman, eləcə də ondan kənarda dostluq və hörmətə layiqliyin nümunəsidir. Özüm də daxil olmaqla, çoxlu sayda insan bu dahi idmançıya böyük sevgi bəsləyir", - deyə Tomas Bax vurğulayıb.

"Mən peşəkar idmançıların olimpiadada iştirak edə bilmədiyi illərdə oynamışam. Zarafat etməyi xoşlayıram. Ona görə də deyirəm ki, Brazilayanın futbol üzrə olimpiya çempionu ola bilməməsinin yeganə səbəbi mənim oynamamağımdır", - deyə o, təbəssümlə bildirib.

Qeyd edək ki, Pele Yay Olimpiya Oyunlarında heç vaxt iştirak etməsə də, Beynəlxalq Olimpiya Komitəsi 1999-cu ildə onu yüzilliyin idmançısı adlandırıb. Olimpiya Ordeni 1974-cü ildə təsis olunub. Bu mükafat olimpiya hərəkatında xüsusi xidməti olanlara verilir.

Son xəbərlər

Orphus sistemi