Yuxarı

Pele Azərbaycana gələcək

Əfsanəvi futbolçu ailəsi ilə istirahətdən sonra dünya turnesinə çıxacaq

Bakı. 28 noyabr. REPORT.AZ/ Dünya futbolunun əfsanəsi gələn il Azərbaycana səfər etmək niyyətindədir.

"Report" ABŞ KİV-inə istinadən xəbər verir ki, bu barədə futbolçunun nümayəndəsi Pol Kemsli bildirib. 

Onun sözlərinə görə, hazırda Braziliya xəstəxanalarının birində müalicə alan Pele evə yazıldıqdan sonra ailəsi ilə istirahətə gedəcək. "Bundan sonra, 2015-ci ilin əvvəlində Pele Avstraliya, Çin, Nigeriya və Azərbaycana səfər edərək, dünya turnesinə çıxacaq".

Pol Kemsli həmçinin qeyd edib ki, bir müddət əvvəl səhhətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilən futbolçu indi özünü yaxşı hiss edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi