Yuxarı

"Çelsi" klubunun futbolçusu 3 oyunluq cəzalandırılıb

Futbolçu 2 çempionat və 1 kubok oyununu buraxacaq

Bakı. 23 sentyabr. REPORT.AZ/ İngiltərənin "Çelsi" klubunun futbolçusu Dieqo Kosta 3 oyunluq cəzalandırılıb. "Report"un məlumatına görə, buna səbəb onun Premyer Liqanın son turunda "Arsenal"la keçirilən qarşılaşmanın (2:0) 43-cü dəqiqəsində etdiyi kobudluq olub.

İngiltərə Futbol Federasiyasının İntizam Komitəsinin qərarına əsasən, ispaniyalı futbolçu 1 kubok və 2 çempionat oyununda meydana çıxa bilməyəcək.

Qeyd edək ki, 26 yaşlı Kosta ötən mövsüm də eyni cəza ilə üzləşib. O, "Liverpul"la qarşılaşmada Mesut Özilə qaşrı kobudluq etdiyi üçün İntizam Komitəsi tərəfindən 3 oyunluq cəzalandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi