Pavel Paşayevin komandası Ukrayna çempionatında ilk qələbəsini qazanıb

Pavel Paşayevin komandası Ukrayna çempionatında ilk qələbəsini qazanıb Azərbaycan yığmasının futbolçusu ilk yarıda əvəzlənib
Futbol
17 Sentyabr , 2017 09:53
Pavel Paşayevin komandası Ukrayna çempionatında ilk qələbəsini qazanıb

Bakı. 17 sentyabr. REPORT.AZ/ Futbol üzrə Ukrayna Premyer Liqasında IX turun oyunların keçirilib.

"Report" xəbər verir ki, tur Azərbaycan yığmasının futbolçusu Pavel Paşayevin heyətində yer aldığı "Aleksandriya" klubunun çempionatda ilk qələbəsini qazanması ilə əlamətdar olub.

"Aleksandriya" doğma meydanda "Stal"ı qəbul edib. Görüş ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesab 1:1 olarkən (28-ci dəqiqə) Pavel Paşayev əvəzlənib.

Bu qələbə sayəsində Pavel Paşayevin komandası turnir cədvəlində 7 xal ilə 9-cu pilləyə yüksəlib.

Son xəbərlər

Orphus sistemi