Pavel Paşayev: "Yığmada ilk oyunumu səbirsizliklə gözləyirəm"

Pavel Paşayev: "Yığmada ilk oyunumu səbirsizliklə gözləyirəm" Azərbaycan milisinin üzvü Moldova ilə yoldaşlıq görüşündən danışıb
Futbol
13 Noyabr , 2015 18:04
Pavel Paşayev: Yığmada ilk oyunumu səbirsizliklə gözləyirəm

Bakı.13 noyabr. REPORT.AZ/  "Bu matça da əvvəlki oyunlarda olduğu kimi hazırlaşırıq. Qələbə üçün oynayacaq və ili yaxşı notlarla başa vurmağa çalışacağıq". "Report"un məlumatına görə, bunu milli komandanın üzvü Pavel Paşayev noyabrın 17-də Moldova ilə keçirəcəkləri yoldaşlıq görüşündən danışarkən deyib. 

27 yaşlı müdafiəçi yığmada ilk oyununu səbirsizliklə gözlədiyini bildirib: "Hələ yığmada debüt etməmişəm. İlk oyunumu səbirsizliklə gözləyirəm. Baş məşqçi şans versə, əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. Klubda daim əsas heyətə düşməməyimin yığmadakı çıxışıma təsir edəcəyini düşünmürəm. Hər şey yaxşı olacaq".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 21:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi