Patris Evra azarkeşin başına ayaqla zərbə vurub və oyundan əvvəl meydandan qovulub - VİDEO

Patris Evra azarkeşin başına ayaqla zərbə vurub və oyundan əvvəl meydandan qovulub - VİDEO ​O, Avroliqa matçının start fiti səslənməmiş qırmızı vərəqə görən ilk futbolçu olub
Futbol
3 Noyabr , 2017 06:39
Patris Evra azarkeşin başına ayaqla zərbə vurub və oyundan əvvəl meydandan qovulub - VİDEO

Bakı. 4 noyabr. REPORT.AZ/ Fransanın "Marsel" klubunun müdafiəçisi Patris Evra Avropa Liqasının 4-cü turunda "Vitoriya Gimaraynş" (Portuqaliya) ilə matç öncəsi qırmızı vərəqə alaraq meydandan qovulub.

“Report”un xəbərinə görə, "L'Equipe" nəşrinin jurnalisti "Twitter"də yazıb ki, isinmə hərəkətləri zamanı azarkeşlər Evranın ünvanına təhqiramiz ifadələr işlədiblər.

Futbolçu buna yarım saat səbr edə bilib və meydanın kənarına yaxınlaşıb. Tərəflər qarşılıqlı şəkildə bir-birilərini təhqir ediblər, bu zaman Evra azarkeşlərdən birinin başına ayaqla zərbə vurub.

O, Avropa Liqası matçının start fiti səslənməmiş meydandan qovulan ilk futbolçu kimi tarixə düşüb.

Son xəbərlər

Orphus sistemi