Yuxarı

Patrik Kluyvertin oğlu: "Bakıdakı Avropa çempionatı karyeramda ilk böyük turnirdir"

Castin Kluyvert: Hədəfim Premyer Liqada forma geyinməkdir

Bakı. 3 may. REPORT.AZ/ “Avropa çempionatında bütün komandalar güclüdür. Bizim də yaxşı heyətimiz, güclü futbolçularımız var”. Bunu "Report"a açıqlamasında 17 yaşadək futbolçulardan ibarət Hollandiya yığmasının üzvü Castin Kluyvert deyib.

Gənc hücumçu Bakıda keçiriləcək Avropa çempionatından öncə atası, ötənlərin məşhur futbolçusu Patrik Kluyvertdən məsləhət aldığını qeyd edib: “Bu, karyeramda ilk böyük turnirdir. Səfərə çıxmamışdan öncə atamla danışdım. O mənə dedi ki, özünə inan, ayaqlarının danışmasına imkan ver”.

Oğul Kluyvert gələcəkdə İngiltərədə çıxış etmək istədiyini vurğulayıb: “Hədəfim Premyer Liqada forma geyinməkdir. Nə vaxtsa atam kimi “Barselona”da da oynamaq istərdim”.

Qeyd edək ki, Avropa çempionatında Hollandiya İspaniya, İtaliya və Serbiya ilə birgə D qrupunda yer alıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi