Yuxarı

"Zirə" klubu "Parma"nın sabiq futbolçusunu transfer edir

Parmanın sabiq futbolçusu "Zirə"də

"Zirə" klubu yeni legioner futbolçu ilə anlaşıb.

"Report"un RPP nəşrinə istinadən verdiyi məlumata görə, "qartallar" perulu sol cinah oyunçusu Alvaro Ampueronu transfer edir. Son komandası "Deportivo Munisipial" olan 27 yaşlı müdafiəçi ilə rəsmi müqavilə tezliklə imzalanacaq.

Qeyd edək ki, bu, Alvaro Ampueronun Avropaya ikinci səfəri olacaq. İlk dəfə o, İtaliyada legioner həyatı yaşayıb. 2013-cü ildə "Parma"ya keçən oyunçu daha sonra "Padova" və "Salernitana"ya icarəyə verilib. "Deportivo Munisipial"da isə Ampuero uzun müddət zədəli olduğu üçün 2019-cu ildə cəmi 8 matçda forma geyinib. O, Peru millisinə də çağırılıb və 9 qarşılaşmada forma geyinib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi