Yuxarı

Paraqvaylı futbolçu: "Neftçi”nin köklü və ad-sanlı klub olması məni ruhlandırdı" - VİDEO

Paraqvaylı futbolçu: "Neftçi”nin köklü və ad-sanlı klub olması məni ruhlandırdı" - VİDEO
Fransisko Qarsiya: Bütün böyük klublarda futbolçulardan tələb də böyük olur

Bakı. 22 yanvar. REPORT.AZ/ "Təklif alandan sonra klub haqda məlumat toplamağa başladım. Öyrəndim ki, "Neftçi” köklü və ad-sanlı klubdur. Bu, məni ruhlandırdı”.

“Report” xəbər verir ki, bunu “Neftçi”nin yeni transferi Fransisko Qarsiya klubun telekanalına müsahibəsində deyib.

26 yaşlı yarımmüdafiəçi Bakı klubuna transferinin təfərrüatları barədə danışıb. Paraqvaylı legioner bildirib ki, təklif aldıqdan sonra “Neftçi”də çıxış edən həmyerlisi Derlis Meza Kolli ilə də söhbətləşib: “Derlis komanda haqda çox yaxşı sözlər dedi. Bundan sonra "Neftçi”yə keçəcəyimə şübhəm qalmadı. Yeni komandama uyğunlaşmağa çalışıram. Baş məşqçi çox tələbkardır. Bütün böyük klublarda futbolçulardan tələb də böyük olur. Baş məşqçinin tapşırıqlarını yüksək səviyyədə yerinə yetirməyə çalışacağam. Qarşıya qoyulan məqsədlərə çatmaq üçün birgə əmək sərf edəcəyik”.

Qarsiya ləqəbinin "Qato” olmasına da aydınqlıq gətirib: “Ləqəbini mənə "Serro Portenyo”nun aşağı yaş qruplarında oynayanda fiziki hazırlıq üzrə məşqçimiz verib. "Niyə məhz "Qato?” deyə soruşanda, o, mənə gözlərimin pişik gözlərinə bənzədiyini dedi. Buna görə də məni "Qato” deyə çağırmağa başladı. O vaxtdan ləqəbim "Qato”dur. Azarkeşlər, futbolçular, ailəm – hamı mənə "Qato” deyir. Hər bir böyük klub kimi "Neftçi”nin də azarkeşləri möhtəşəmdir. Onların ümidlərini doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Məqsədimiz kuboka sahib çıxmaqla Avropa Liqasına vəsiqə qazanmaqdır. İnanıram ki, qarşıya qoyulan məqsədlərə çata biləcəyik”.

Qeyd edək ki, “Neftçi” yanvarın 17-də Fransisko Qarsiya ilə bir illik müqavilə bağlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi