PAOK-un futbolçusunun “Qarabağ”a keçidi ilə bağlı fikir ayrılığı yaranıb

PAOK-un futbolçusunun “Qarabağ”a keçidi ilə bağlı fikir ayrılığı yaranıb Ağdam klubu Pedro Enrikenin transfer etmək hüququna sahib olmaq istəyir
Futbol
31 Avqust , 2017 12:26
PAOK-un futbolçusunun “Qarabağ”a keçidi ilə bağlı fikir ayrılığı yaranıb

Bakı. 31 avqust. REPORT.AZ/ Yunanıstanın PAOK klubunun futbolçusu Pedro Enrikenin “Qarabağ” komandasına keçidi ilə bağlı tərəflər arasında fikir ayrılığı yaranıb.

“Report”un Yunanıstan KİV-inə istinadən verdiyi məlumata görə, Saloniki təmsilçisi braziliyalı yarımmüdafiəçini yalnız 2017/2018 mövsümünün sonuna qədər Ağdam klubuna icarəyə vermək niyyətindədir.

“Qarabağ” rəhbərliyi isə müqaviləyə mövsümün sonunda P.Enrikeni transfer etmək hüququ verən bənd daxil etmək istəyir. Bu səbəbdən əcnəbi futbolçunun Bakıya gəlişi hələlik sual altındadır.

Ağdam klubunun icraçı direktoru Əmrah Çəlikəl də “Report”a açıqlamasında danışıqların davam etdiyini, braziliyalı futbolçunun “Qarabağ”a keçidi ilə bağlı hələlik razılıq əldə olunmadığını söyləyib.

Qeyd edək ki, daha öncə İsveçrə "Sürix”ində oynamış Pedro Enrike 2016-cı ildə Fransa "Renn”indən PAOK-a keçib. Braziliyalı vinger Yunanıstan klubunda 23 oyunda 6 qol vurub. Onun transfer qiyməti 2 - 2,5 milyon avro olaraq qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi