PAOK-un baş məşqçisi: "Qrupdan çıxmaq üçün digər komandalardan asılıyıq" - MÜSAHİBƏ

PAOK-un baş məşqçisi: "Qrupdan çıxmaq üçün digər komandalardan asılıyıq" - MÜSAHİBƏ “Qarabağ” bizi əks-hücumda yaxaladı, qarşısını ala bilmədik"
Futbol
4 Noyabr , 2016 03:21
PAOK-un baş məşqçisi: Qrupdan çıxmaq üçün digər komandalardan asılıyıq - MÜSAHİBƏ

Yunanıstan, Saloniki. 4 noyabr. REPORT.AZ/ "Qoldan öncə qapımız önündə heç bir təhlükəli vəziyyət yox idi. İkinci hissəyədək üstünlük bizdə idi. “Qarabağ” bizi əks-hücumda yaxaladı və bunun qarşısını ala bilmədik".

"Report" xəbər verir ki, bunu Avropa Liqasının qrup mərhələsində evdə “Qarabağ”a uduzan (0:1) PAOK-un baş məşqçisi Vladimir İviç oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Qarabağ” cəmi bir təhlükəli epizod yaratdı və bu, qələbəyə kifayət etdi. PAOK-u bundan sonra nə gözləyir?

- Qoldan öncə qapımız önündə heç bir təhlükəli vəziyyət yox idi. İkinci hissəyədək üstünlük bizdə idi. “Qarabağ” bizi əks-hücumda yaxaladı və bunun qarşısını ala bilmədik. Artıq qrupdan çıxmaq üçün digər komandalardan asılıyıq.

Komanda bu oyunda qələbə üçün yetərincə xarakter göstərdimi?

- Deməzdim ki, futbolçular bu gün xarakter göstərmədilər, döyüşmədilər. Bunu deyənlər oyuna baxmayıblar. Bazar günü çempionatda oyunumuz olmuşdu. Bütün qarşılaşma ərzində qol imkanları yaradırdıq. Ancaq rəqib əks-hücumda oynamağa hazır gəlmişdi. Onlar buna hazır idilər. Son 20 dəqiqədə biz ümumiyyətlə fiziki cəhətdən çox yorğun göründük. Bu, həlledici oldu.

Avropa Liqasında qrupdan çıxmamaq təhlükəsi var. Çempionatda da digər rəqiblərdən bir qədər geridə qalmısız. Komandadakı gələcəyiniz üçün təhlükə görürsüz?

- Çempionat hələ yeni başlayıb. Cəmi bir neçə oyun oynamışıq. Bir neçə gün sonra çətin səfər qarşılaşmamız var. Futbolçularım o vaxta qədər dincəlib, özünə gəlməlidir. Çətinliklər bizi qorxutmur. Növbəti oyuna hazırlaşırıq. Bundan sonra da meydanda var gücümüzlə mübarizə aparacağıq.

Komandada nə baş verir? Əvvəllər çox qol vəziyyəti yaradırdız, indi isə fərqli vəziyyətdir. Həm cinahlardan, həm də mərkəzdən təhlükə hiss olunmur. Nə baş verir?

- Rəqiblər oyunumuzu öyrənir, bizə qarşı tədbir görürlər. Biz də, vəziyyəti dəyişməyə çalışırıq. Bu gün 5-6 oyun vəziyyətində, 2-3 dəfə də standart vəziyyətlər zamanı təhlükəli olduq. Heç bir komanda bizim kimi 25-30 qol vəziyyəti yaratmır.

PAOK sanki standart oynayır. Oyunu öz üzərinə götürəcək futbolçu yoxdu. Bunu necə dəyişməyi düşünürsüz?

- Səhvlərimizi bilirik. Hər dəfə onları təhlil edib, aradan qaldırmağa çalışırıq.

Malezas bu gün niyə oynamırdı?

- Malezas ardıcıl 3 oyunda 90 dəqiqə meydanda olub. Bizim əlimizdə 4 eyni səviyyəli müdafiəçi var. Buna görə, onları əvəzləyirik ki, özlərini bərpa edə bilsinlər.

Son xəbərlər

Orphus sistemi