​Pandev "Qalatasaray"dan ayrılıb

​Pandev "Qalatasaray"dan ayrılıb O, yeni komandası ilə 2+1 illik müqavilə imzalayacaq
Futbol
13 May , 2015 18:42
​Pandev Qalatasaraydan ayrılıb

Bakı. 13 may. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Qoran Pandev komandadan ayrılıb. "Report"un məlumatına görə, makedoniyalı futbolçu bundan sonra İtaliya "Cenoa"sının uğurları üçün çalışacaq.

Artıq tibbi müayinədən keçən 32 yaşlı hücumçu "Cenoa" ilə 2+1 illik müqavilə imzalayacaq.

Futbolçunun müqaviləsində "2014-2015 mövsümü ərzində 27 rəsmi matçda ən azı 30 dəqiqə forma geyinəcəyi təqdirdə müqavilə müddəti 1 il artırılacaq" maddəsi yer alıb. Cari mövsüm sadəcə 15 oyunda meydana çıxan Pandev transfer haqqı ödənmədən İtaliya klubuna keçib.

Qeyd edək ki, Qoran Pandev 2014-cü ildən "Qalatasaray"a transfer olunub.

Son xəbərlər

Orphus sistemi