Aleksandr Səmədov: "Pandemiyadan sonra restoranımı yenidən açmağı planlaşdırıram"

Aleksandr Səmədov: "Pandemiyadan sonra restoranımı yenidən açmağı planlaşdırıram" Şəhər kənarındakı evimdəyəm, xüsusi heç nə etmirəm. Ailəmlə vaxt keçirirəm. Oturub hadisələrin necə inkişaf edəcəyini gözləyirik. Televizora baxırıq.
Futbol
30 Mart , 2020 17:57
Aleksandr Səmədov: Pandemiyadan sonra restoranımı yenidən açmağı planlaşdırıram

"Şəhər kənarındakı evimdəyəm, xüsusi heç nə etmirəm. Ailəmlə vaxt keçirirəm. Oturub hadisələrin necə inkişaf edəcəyini gözləyirik. Televizora baxırıq".

"Report"un məlumatına görə, bu fikirləri Rusiya millisinin Azərbaycan əsilli sabiq futbolçusu Aleksandr Səmədov "championat" nəşrinə açıqlamasında koronavirusa görə karantin rejimində necə vaxt keçirməsi barədə danışarkən deyib.

Biznes planlarından söz açan veteran yarımmüdafiəçi bildirib ki, pandemiya başa çatandan sonra müvəqqəti olaraq bağladığı restoranını yenidən işlədəcək: "Bütün tapşırıqlara əməl edirik. İşçilərin hamısı evə buraxılıb. Maliyyə itkilərimizi təhlil edəcəyik. Hər şey bitdikdən sonra restoranı yenidən açıb işə davam etməyi planlaşdırıram. Bununla bağlı hər hansı problem yoxdur. Təəssüf ki, heç kim hazırkı vəziyyətin nə qədər davam edəcəyini bilmir".

Qeyd edək ki, ötən il futbolçu karyerasını başa vuran Aleksandr Səmədov son olaraq Rusiyanın “Krılya Sovetov” komandasının formasını geyinib. O, 2002-ci ildən başlayan peşəkar karyerası ərzində Moskvanın “Spartak”, “Dinamo” və “Lokomotiv” klublarında çıxış edib.

Son xəbərlər

Orphus sistemi