​"Panatinaikos"un baş məşqçisi: "Sabahkı oyunda qələbə haqda düşünürük"

​"Panatinaikos"un baş məşqçisi: "Sabahkı oyunda qələbə haqda düşünürük" "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Panatinaikos" qarşılaşması saat 21:00-da start götürəcək
Futbol
19 Avqust , 2015 19:24
​Panatinaikosun baş məşqçisi: Sabahkı oyunda qələbə haqda düşünürük

Bakı. 19 avqust. REPORT.AZ/ "Hər bir komandanın oyun səviyyəsinin aşağı düşdüyü vaxtları olur. Peşəkarlıq baxımından hər zaman oyunlara hazırıq. Demək olmaz ki, komanda həmişə bir xətt üzrə hərəkət edir. Biz Afinadan kənar bir yerdə oynayacağıq". "Report"un məlumatına görə, bu sözləri Avropa Liqasının "play-off" mərhələsində sabah Azərbaycanın "Qəbələ" klubu ilə qarşılaşacaq Yunanıstanın "Panatinaikos" klubunun baş məşqçisi Yannis Anastasiu deyib.

"Bu oyunun bizim üçün fərqli önəmi var və tam gücümüzlə mübarizə aparacağıq. Komanda öz gücü ilə mübarizə aparmaq əzmindədir. Heç bir çatışmazlığımız yoxdur. İstər yoldaşlıq, istərsə də rəsmi oyunlarda öz gücümüzü göstərmək üçün əlimizdən gələni edəcəyik", - Yannis Anastasiu bildirib.

Əcnəbi baş məşqçi qeyd edib ki, "Panatinaikos" rəqibin heyətində çatışmazlıqların olmasına baxmayaraq, heç bir amilə fikir verməyəcək: "Sabahkı oyunda qələbə haqda düşünürük. Rahat görsənməyim barədə heç nə deyə bilmərəm. Ancaq Avropa Liqasında asan oyun yoxdur. Komandamın gücünə inanıram. İlk oyunun Bakıda keçirilməsinin hansı tərəfə müsbət təsir edəcəyini oyunda görəcəyik. "Qəbələ" haqda, Azərbaycan futbolu haqda o qədər də məlumata sahib deyildik. Ancaq "Qəbələ"nin son oyunlarını izləyib, analiz etmişik. Bura həm çempionat, həm də Avroliqa oyunları daxildir və bizim üçün tanınmış komandaya çevrilib".

Yannis Anastasiu əlavə edib ki, "Qəbələ"nin Kipr APOLLON-unu məğlub etməsi və baş verən hadisələrə qisas gözü ilə baxmır.

Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Panatinaikos" qarşılaşması saat 21:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi