"Panatinaikos"un baş məşqçisi: "İlk matçda qalib gəldiyimiz üçün üstünlük bizim tərəfdədir"

"Panatinaikos"un baş məşqçisi: "İlk matçda qalib gəldiyimiz üçün üstünlük bizim tərəfdədir" "Növbəti mərhələyə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik"
Futbol
2 Avqust , 2017 19:48
Panatinaikosun baş məşqçisi: İlk matçda qalib gəldiyimiz üçün üstünlük bizim tərəfdədir

Bakı. 2 avqust. REPORT.AZ/ "İlk oyunda qalib gəlib üstün oynasaq da, futbolda hər şey mümkündür. Sabahkı qarşılaşmaya 0:0 hesablı düşüncə ilə başlayacağıq. Növbəti mərhələyə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

"Report"un məlumatına görə, bunu Yunanıstan "Panatinaikos"unun baş məşqçisi Marinos Uzunidis "Qəbələ" ilə Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, avrokubok matçları hər zaman çətin olur: "Heyətimizdə zədəlilər var. Bu, hər zaman olan bir şeydir. Oyuna necə hazır olduğumuzu sabah görəcəyik. Sxemimizdə heç bir dəyişiklik etməyəcəyik. Yararlandığımız 4-4-1-1 düzülüşü oturuşmuş sistemdir və onu inkişaf etdirmək lazımdır. Görüşün gedişatından asılı olaraq hansısa dəyişikliyə də gedə bilərik".

M.Uzunidis ilk matça qalib gəldikləri üçün üstünlüyün "Panatinaikos"un tərəfində olduğunu söyləyib: "İlk matçda qalib gəldiyimiz üçün üstünlük bizim tərəfdədir. Lakin faiz hesabı ilə kimin favorit olduğunu deyə bilmərəm".

Rəqib baş məşqçi "Bu matç sizin üçün "Panatinaikos"un sükanı arxasında sonuncu ola bilərmi" sualına belə cavab verib: "Hər şey mümkündür".

Qeyd edək ki, avqustun 3-də "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Panatinaikos" matçı saat 21:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi