Yuxarı
    Bağlamaq

    ​"Panatinaikos" sabah Bakıya gəlir

    Təyyarə günorta saatlarında Bakıya eniş edəcək

    Bakı. 18 avqust. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının pley-off mərhələsində "Qəbələ" klubunun rəqibi olan Yunanıstan "Panatinaikos"u sabah Bakıya gəlir. "Report"un məlumatına görə, rəqib komanda paytaxta çarter reysi ilə uçuş edəcək.

    Bakı vaxtilə saat 08:00-da Afinadan havaya qalxacaq təyyarə 13:30-da matçın keçiriləcəyi şəhərə çatacaq. Həmin gün oyunöncəsi son məşqini keçirən komanda istirahətə çəkilərək matçın başlanma saatını gözləyəcək.

    Qeyd edək ki, "Bakcell Arena"da baş tutacaq "Qəbələ" - "Panatinaikos" qarşılaşması saat 21:00-da start götürəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi