Yuxarı

​"Panatinaikos" - "Qəbələ" matçının hakimləri açıqlanıb

Oyunu slovakiyalı hakimlər briqadası idarə edəcək

Bakı. 22 avqust. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının "play-off" mərhələsində keçiriləcək "Qəbələ" və "Panatinaikos" matçının hakim təyinatları açıqlanıb. "Report"un məlumatına görə, cavab oyununu slovakiyalı referi İvan Kruzliak idarə edəcək.

Ona həmyerliləri Tomas Somolani və Tomas Mokos kömək edəcək. Dördüncü hakim funksiyasını Peter Kraloviç yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma avqustun 27-də Yunanıstanda keçiriləcək. Bakıda keçiriləcək ilk görüşdə qolsuz bərabərlik qeydə alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi